18 oktyabr 2024 17:22
91

İsrail ehtiyat briqadanı şimal cəbhəsi üçün SƏFƏRBƏR ETDİ

İsrail ordusu ölkənin şimalında döyüş tapşırıqlarını yerinə yetirmək üçün əlavə ehtiyat briqadanın səfərbər edildiyini açıqlayıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, qərar bu istiqamətdə vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq qəbul edilib.

Ordunun mətbuat xidməti Livanda “Hizbullah”a qarşı mübarizəni davam etdirmək və müharibənin məqsədlərinə nail olmaq üçün səfərbərliyin zəruri olduğunu izah edib. Onların arasında İsrailin şimal bölgələrinin sakinlərinin öz evlərinə təhlükəsiz qayıtması da var.

Xatırladaq ki, İsrail sentyabrın 23-də Livanda hərbi əməliyyatına başladığını elan edib. Əməliyyatın məqsədi “Hizbullah”dan gələn təhlükəni aradan qaldırmaq və evakuasiya edilmiş 60 min israillini ölkənin şimalındakı yaşayış məntəqələrinə qaytarmaqdır. Oktyabrın 18-nə keçən gecə “Hizbullah” İsrailə qarşı müharibənin yeni mərhələsinin başladığını elan etdi.