18 oktyabr 2024 16:07
86

Diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə simulyasiya təşkil edilib

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olanların diaqnostik qiymətləndirilməsi ilə bağlı simulyasiya əsaslı test imtahanı keçirilib.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən "İki sahil"ə bildirilib ki, simulyasiya ölkənin 14 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 28 imtahan mərkəzini əhatə edib.

Xatırladaq ki, oktyabrın 19-20-də məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olanların peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün ilk dəfə diaqnostik qiymətləndirilmə həyata keçiriləcək. Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 13 minə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Bakı şəhər 158 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində elektrik şəbəkəsində yaranan problem simulyasiyanın dayandırılmasına səbəb olub. Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün simulyasiya iştirakçıları alternativ mərkəzə yönləndirilib.