18 oktyabr 2024 16:51
86

COP29 günlərində AMEA-da işə davamiyyətin tənzimlənməsi üçün İşçi qrup yaradılıb

Bakıda noyabrın 11-22-də baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi ilə bağlı İşçi qrupunun yaradılıb.

“İki sahil” xəbər verir ki, bu barədə AMEA-nın keçirdiyi müşavirədə qərar qəbul edilib.

Belə ki, işçi qrupun sədri AMEA-nın akademik-katibi akademik Arif Həşimov təyin edilib.

Həmçinin oktyabrın sonuncu həftəsində AMEA-da “Yaşıl dünya naminə həmrəylik və COP29-un çağırışları: Humanitar və ictimai elmlərin vəzifələri” mövzusunda elmi konfransın keçirilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb.

Eyni zamanda Rəyasət Heyətinin növbəti iclasında 2025-2030-cu illərdə AMEA-nın İnkişaf Strategiyasının ilkin müzakirəsinin keçirilməsi tövsiyə edilib.