18 oktyabr 2024 16:18
80

Qəzzada öldürülən HƏMAS, "Hizbullah" və Sepah komandirlərinın adları açıqlanıb

Fələstinin Qəzza zolağında HƏMAS-la İsrail arasında ötən il oktyabrın 7-dən davam edən müharibə nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunlarının öldürülən komandirlərinin bəziləri barədə məlumat yayılıb.

“İki sahil” xəbər verir ki, bu barədə hesabatı “Radio Farda” yayıb.

Bildirilib ki, bir ildən atıq davam edən silahlı qarşıdurma nəticəsində Sepahın, o cümlədən Qüds qoşunlarının əhəmiyyətli sayda yüksək rütbəli komandirləri öldürülüb.

Məlumata görə, bu il sentyabrın 27-də Livanda “Hizbullah” başçısı Həsən Nəsrullah ilə birlikdə Qüdsün komandirləri Abbas Niloforşan, Razi Musəvi də öldürülüb.

Suriyanın Seyid Zeynəb rayonunda Qüds qoşunlarının komandanı Məhəmmədrza Zahedi öldürülüb. İranın Suriyadakı səfiri Müctəba Amani hücumlar nəticəsində yaralanıb.

Məlumata əsasən, HƏMAS liderləri İsmayıl Həniyə, Yəhya əl-Sinvar, “İzəddin Kassam“ silahlı qruplaşmasının komandirlərindən Məhəmməd Zəif, HƏMAS-ın silahlı qanadı sayılan “İzəddin Kassam”ın briqada komandirini müavini Mərvan İssa, bu qruplaşmanın qurucularında biri Saeh əl-Aruri, HƏMAS-ın hərbi qolunun komandiri İbrahim Bayari məhv edilib.

“Hizbullah”ın İsraillə sərhəd rayonlarda əməliyyatlara məsul şəxs, Məhəmməd Naser, qruplaşmanın əməliyyat komandirləri və başçılarından biri Taleb Abdullah da öldürülüb. Habelə Həsən Nəsrullahı bir müddət əvəzləyən Haşem Safiddin, İbrahim Kobisi, İbrahim Akil, Əhməd Vahbi, Favad Şekar da zərərsizləşdirilib.