18 oktyabr 2024 18:44
93

Ərdoğan “3+3” əməkdaşlıq platformasına qatılan XİN rəhbərlərini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “3+3” əməkdaşlıq platformasında iştirak etmək üçün İstanbulda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, İranın xarici işlər naziri Abbas Arakçini və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu Dolmabahçe Prezident Ofisində qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. (APA)