18 oktyabr 2024 22:11
83

Ukraynanın bu silahı əldə etməsinə imkan vermərik - Putin

Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə bildirib.

"İndiki Ukraynanın siyasi rəhbərliyi hələ böhranın qaynar fazasına keçməmişdən əvvəl bu barədə dəfələrlə danışıb, Ukraynanın nüvə silahına malik olması lazım olduğunu bildiriblər. Belə bir təhdid Rusiyanın müvafiq reaksiyasına səbəb olacaq. Mən dərhal deyə bilərəm ki, Rusiya heç bir halda buna imkan verməyəcək", - deyə Putin bildirib.