19 oktyabr 2024 16:33
84

ABL: “Gəncə” “Lənkəran”ı məğlub edib

Azərbaycan Basketbol Liqasının ilk turunda “Gəncə” “Lənkəran”ı məğlub edib.

“İki sahil” xəbər verir ki, B qrupunda yer alan bölgə təmsilçilərinin Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşü “Gəncə” komandasının qələbəsi ilə yekunlaşıb - 90:75.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.