19 oktyabr 2024 17:24
89

“Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəldi

Misli Premyer Liqasında 10-cu turu çərçivəsində “Araz-Naxçıvan” “Şamaxı”nın qonağı olub.

“İki sahil”in məlumatına görə, Şamaxı şəhər stadionunda gerçəkləşən oyunda yeganə qolu qarşılaşmanın 73-cü dəqiqəsində Felipe Santos vurub.

Bununla da “Araz-Naxçıvan” növbəti qələbəsini qazanaraq, yenidən turnir cədvəlində ikinci pilləyə yeksəlib.

Misli Premyer Liqası

10-cu tur

19 oktyabr (şənbə)

15:30. “Şamaxı” 0-1 “Araz-Naxçıvan”

Qol: Felipe Santos, 73 (0-1)

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

Şamaxı şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”