Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgələrdə film nümayişlərini davam etdirir.
“İki sahil” xəbər verir ki, budəfəki nümayiş "Muğanda Kino Günləri" çərçivəsində sabah İmişli rayonunda olacaq. Layihə çərçivəsində İmişlidə “Mən burdayam, ilahi” - tammetrajlı bədii film, rejissor Qulu Əsgərov (70 dəqiqə), “Tənha insanın monoloqu” - qısametrajlı bədii film, rejissor Emin Əfəndiyev (45 dəqiqə), “İlkin şəhid” – qısametrajlı sənədli film, rejissor İntiqam Hacılı (17 dəqiqə), “Titrəmə” - qısametrajlı bədii film, rejissor Amil Amal (14 dəqiqə), ”Evsiz qalmış ay” - qısametrajlı sənədli film, rejissor Atanur Nəbiyeva (14 dəqiqə) nümayiş olunacaq.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycan filmlərini geniş ekranlarda yerli tamaşaçılara nümayiş etdirməklə kino həvəskarların son illərdə istehsal olunan, eləcə də, bəzi beynəlxalq kino festivallarda uğurlar qazanan filmləri və rejissorları tanıtmaqdır.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari"barədə
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib