22 oktyabr 2024 14:24
82

Babək prospektində ağac aşıb

Xətai rayonu, Babək prospekti, köməkçi yolda ağac yolun hərəkət hissəsinə aşıb.

“İki sahil” xəbər verir ki, bu barədə NİİM-dən bildirilib.

Nəticədə də nəqliyyat vasitələrinin Günəşli qəsəbəsi istiqamətində hərəkətində çətinlik yaranıb. Sürücülərə yolda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.