22 oktyabr 2024 17:09
103

Zakir Həsənov Qırğızıstana səfər edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstan müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Bu barədə “İki sahil”ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.