Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, tarzən Elçin Həşimov ilə görüş keçiriləcək.
“İki sahil” xəbər verir ki, görüşdə tar aləti və onun ifaçılıq ənənələri, peşəkar musiqi mədəniyyətinin inkişafında tarın rolu, pedaqoji fəaliyyət, uşaq və gənclərin bədii zövqünün formalaşdırılması istiqamətində söhbət aparılacaq. Sənətkarın və istedadlı gənclərin ifasında müxtəlif musiqi əsərləri təqdim olunacaq.
Tarix: 29.10.2024
Saat: 15:00
Məkan: Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?