24 oktyabr 2024 18:17
90

Türkiyədə antiterror əməliyyatı: 59 terrorçu öldürülüb, onların 47 mövqeyi dağıdılıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında oktyabrın 23-dən keçirdiyi antiterror əməliyyatı nəticəsində 59 terrorçu öldürülüb, onların 47 mövqeyi vurulub.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçulardan ikisi “rəhbərlikdə” təmsil olunub.

Ötən gün Türkiyənin paytaxtı Ankarada TUSAŞ-ın zavoduna terror hücumu nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.