24 oktyabr 2024 22:48
151

Avropa Liqası: “Qarabağ” doğma meydanda “Ayaks”a məğlub olub YENİLƏNİB

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matç yekunlaşıb.

“İki sahil” xəbər verir ki,  Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

"Ayaks"ın qollarını Kennet Teylor, Vaut Veqhorst və Çuba Akpom vurublar.

"Qarabağ"ın heyətində 15-ci dəqiqədə Julio Romao və 79-cu dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulublar.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveçdə "Bodo Qlimt"ə qarşı keçirəcək.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda üçüncü qol vurulub.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar fərqi bir qədər də artırıblar - 3:0.

77-ci dəqiqədə Çuba Akpom dəqiq zərbə müəllifi olub.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.