24 oktyabr 2024 22:53
87

Biz Türkiyə Prezidenti Ərdoğana minnətdarıq ki... - Putin

“Biz Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana minnətdarıq ki, bir vaxtlar Ukrayna nümayəndə heyəti ilə danışıqlar üçün bizə platforma təqdim etdi”.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin BRICS sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Ukrayna ilə danışıqlara gəlincə, mən bu barədə artıq dəfələrlə demişəm. Biz Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana minnətdarıq ki, o, vaxtilə bizə Ukrayna nümayəndə heyəti ilə danışıqlar üçün platforma təqdim edib”, - deyə Rusiya lideri qeyd edib.

Ukrayna ilə münaqişənin başlamasından danışan Putin bu ölkədə hərbi bazalar tikməyə hazırlaşan ABŞ və Qərbin hərəkətlərini ədalətsiz adlandırıb. “Biz axı deyirdik ki, NATO-nun genişlənməsi bizim təhlükəsizliyimizi pozur”, - deyə Putin bildirib.