Azərbaycan Milli Xalça Muzeyi ilə Avstriyanın dünyaca məşhur zərgərlik brendi FREYWILLE arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Mədəniyyət Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, əməkdaşlığa əsasən FREYWILLE şirkəti Qarabağ xalçaları və onların unikal naxışları əsasında yeni kolleksiya hazırlayır. Qədim Azərbaycan xalçaçılıq irsinin dünya miqyasında tanıdılması məqsədilə yaradılan, müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən kolleksiya yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.
1951-ci ildə təsis edilən və 30 ildən artıqdır ki, Fridrix Ville tərəfindən idarə olunan FREYWILLE şirkəti eksklüziv bədii zərgərlik məmulatları istehsalında lider brenddir. Şirkət dünyanın bir sıra məşhur muzeyləri - Viktoriya və Albert Muzeyi, Jivernidəki Klod Mone Muzeyi və Dövlət Rus Muzeyi ilə əməkdaşlıq edib. FREYWILLE-nin mütəxəssisləri bu muzeylərdə qorunub saxlanılan Qustav Klimt, Vincent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol Qogen kimi dahi rəssamların əsərlərindən ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.
Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində isə FREYWILLE brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışlarından və motivlərindən istifadə edəcək.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari"barədə
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib