25 oktyabr 2024 23:41
83

Mask Tramp üçün 44 milyon verdi

Amerikalı sahibkar İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampın “America PAC” seçki kampaniyasına dəstək məqsədilə siyasi komitəyə 44 milyona yaxın ianə verib.

“İki sahil” xəbər verir ki, bu barədə “Politiko” ABŞ Federal Seçki Komissiyasının hesabatına istinadən məlumat yayıb.

“Yeni kampaniyanın maliyyə sənədlərinə əsasən, Mask Trampı dəstəkləyən “America PAC” seçki kampaniyasına daha 43,6 milyon dollar xərcləyib”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, Mask bu müddət ərzində Senatın Respublikaçılar Partiyasının siyasi fəaliyyət komitəsinə də 10 milyon dollar xərcləyib.