25 oktyabr 2024 17:16
86

Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın iqamətgahı yaxınlığında “Müqəddəs mübarizə” hərəkatının mitinqi keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onlar Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi ilə bağlı əsasnamənin imzalanmasının əleyhinədirlər.

Qeyd edək ki, bu gün V.Xaçaturyan sənədi təsdiqləyib.