25 oktyabr 2024 17:30
110

Kimlər insult risk qrupuna aiddir? - OXUYUN XƏBƏRİNİZ OLSUN!

Yüksək qan təzyiqindən, diabetdən və ürək xəstəliklərindən əziyyət çəkənlər, siqaret çəkənlər və yaşlı insanlar insult risk qrupuna daxildirlər. Həmçinin, ailədə insult keçirmiş birinin olması da genetik faktorlar səbəbindən riskin artmasına səbəb ola bilər.

Bunu “İki sahil”ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Mərziyyə Məmmədova bildirib.

O, insult riskini azaltmaq və bu xəstəliklərdən qorunmaq üçün nələrə diqqət etməli olduğumuzu da açıqladı: "Sağlam həyat tərzini qorumaq çox vacibdir. Düzgün qidalanma, müntəzəm fiziki aktivlik, qan təzyiqini, xolesterol səviyyəsini və qan şəkərini nəzarətdə saxlamaq, siqaretdən və alkoqoldan uzaq durmaq insult riskini əhəmiyyətli dərəcədə azaldır. Profilaktik müayinələr də erkən diaqnoz və müdaxilə üçün vacibdir".

Yaqut Ağaşahqızı, "İki sahil"