25 oktyabr 2024 18:22
80

Faktiki hava açıqlanıb

Oktyabrın 25-i saat 18:00-a olan məlumata əsasənəksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, Quba-Qusar bölgəsinin bəzi yerlərində, Şabran və Siyəzəndə qısamüddətli leysan xarakterli yağış yağıb.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 19, Naxçıvan MR-da 16, Aran rayonlarında 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.