26 oktyabr 2024 14:26
80

Sumqayıtda qeydiyyatda olan alkoqollu xəstələrin və narkomanların sayı açıqlanıb

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin və narkomanların sayı açıqlanıb.

Şəhər Narkoloji Dispanserindən “İki sahil”ə bildirilib ki, 2024-cü ilin 9 ayı ərzində narkoloji xəstələrin sayı 5587 nəfər təşkil edib. Narkomanların sayına gəldikdə isə bu rəqəm 4044 nəfər təşkil edir. Onlardan 94 nəfəri qadındır.

Alkoqolizmdən əziyyət çəkən xəstələrin sayı 1543-dür ki, onlardan da 24-ü qadındır.

Narkoloji xəstələrin əksəriyyəti 30-65 yaş arasındadır.