26 oktyabr 2024 16:10
80

Zaxarova Livanda jurnalistlərin ölümünə münasibət bildirib

İsrail hərbçiləri Yaxın Şərq regionunda baş verən hadisələrlə bağlı istənilən alternativ baxış mənbələrini məhv etməyə çalışır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin Livanda media nümayəndələrinin ölümü ilə nəticələnən aviazərbələrini şərh edərkən deyib.

O, bildirib ki, “Əl-Mayadeen” telekanalının və onun əməkdaşlarının məqsədyönlü hücumların hədəfi olması son dərəcə açıqdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”