26 oktyabr 2024 20:11
89

Samur-Abşeron kanalında kişi meyiti aşkarlanıb

Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində kişi meyiti aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Suda aşkarlanmış kişi cinsinə məxsus meyitin kimliyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.