Metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib.
Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.
Vaqon qapılarında problem olmadığından, qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.
“Baku ID” festivalı çərçivəsində “4Sİ Akademiyası - Milli Proqram” üzrə tərəfdaş qurumların nümayəndələri ilə görüş keçirilib
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir