Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində “Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları” mövzusunda konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, konfransda Dövlət Turzim Agentliyinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin rəsmiləri, Azərbaycandan və bir sıra xarici ölkələrdən sağlamlıq və tibbi turizm sahəsinin 200-ə yaxın mütəxəssisi iştirak edir.
Konfransda "Azərbaycan sağlamlıq turizmi destinasiyası kimi: Cari vəziyyət və imkanlar", "Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər", "Azərbaycan tibbi turizmi: Gələcəyə baxış və strategiya" adlı panel sesiyalar nəzərdə tutulub. Həmçinin sağlamlıq turizmi sənaye sərgisi açılacaq.
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər