Naftalan şəhərinin kurort kimi fəaliyyət göstərməsi üçün əsasnamə hazırlanır.
“İki sahil” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf İmkanları" adlı tədbirdə bildirib.
"Naftalan nefti ölkənin təbii müalicə ehtiyatları arasında 1-ci yerdə dayanır. Onun müxtəlif xəstəliklər zamanı müalicəyə müsbət təsiri var. Ölkədə fəaliyyət göstərən müalicə-sağlamlaşdırıcı müəssisələrin yarısı Naftalandadır. Odur ki, Naftalanı Azərbaycan brendi kimi dünyaya tanıtmaq lazımdır. Bunun üçün yalnız reklam kifayət deyil. İnsanları inandıracaq sübutlar, elmi nəşrlər lazımdır. Mövcud nəşrlər sovet dövrünə aid olduğu üçün aktuallığını itirib, çünki yeni elmi müalicə üsulları ortaya çıxıb. Naftalan neftinin insan sağlamlığına təsiri, bu təsirlərin araşdırılması və beynəlxalq elmi məqalələrdə bu mövzuların işıqlandırılması çox effektiv olacaq." - deyə nazir müavini əlavə edib.
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər