Birləşmiş Krallıqda işgüzar səfərdə olan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou, Xarici İşlər, Birlik və İnkişaf naziri Stiven Douti, Böyük Britaniya parlamentinin üzvləri və digər yüksək vəzifəli şəxslərlə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov X hesabında məlumat verib.
Bildirilib ki, tərəflər arasında Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan sülh gündəliyini və COP29 müzakirə olunub.
Elçin Əmirbəyov həmçinin Azərbaycan-Ermənistan sülh prosesi və COP29 mövzusunda Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda da çıxış edib.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib