30 oktyabr 2024 13:42
491

İspaniyada tüğyan edən qasırğa nəticəsində 51 nəfər ölüb - VİDEO

İspaniyada tüğyan edən qasırğa ölkənin cənub-şərqində daşqınlara səbəb olub.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Valensiyada 51 nəfər ölüb.

Ölənlərin axtarışları davam edir və mütəxəssislər cəsədlərin şəxsiyyətini müəyyənləşdirməyə başlayıblar. Rusiyanın Barselonadakı Baş Konsulluğundan TASS-a bildirilib ki, ruslar kömək üçün diplomatik nümayəndəliklə əlaqə saxlamayıblar.

Valensiyada yolların su basması səbəbindən bəzi ərazilərlə əlaqə kəsilib. Elektrik enerjisində və rabitədə fasilələr var. 300 nəfərin olduğu sürət qatarı relsdən çıxıb, lakin xəsarət alan olmayıb. Avtomobil, dəmir yolu və hava əlaqəsi pozulub. Təsirə məruz qalan ərazilərə mindən çox hərbçi göndərilib. İspaniya parlamenti iclasına bir dəqiqəlik sükutla başlayıb.