Hazırda olan məlumata əsasən, İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur.
“İki sahil” xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, oradakı səfirliyimizə hər hansı müraciət daxil olmayıb.
Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub.
Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.
Daşqınlar nəticəsində azı 72 nəfər həlak olub.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib