Azərbaycan Turizm Bürosu tərəfindən 27-31 oktyabr tarixlərində Polşanın aparıcı 12 turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.
“İki sahil” xəbər verir ki, turizm sahəsində Polşa və Azərbaycan arasında potensial tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin təşviq edilməsi məqsədilə 30-a yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.
Səfər çərçivəsində Polşanın turizm sənayesi nümayəndələri işgüzar görüşlərlə yanaşı, Azərbaycanın mədəni irsi, qış idman turizm imkanları və "Şahdağ" Turizm Mərkəzində müasir xizək infrastrukturu ilə tanış olublar.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Varşavadan Bakıya orta hesabla həftədə 5 dəfə olmaqla, ümumilikdə 183 uçuş həyata keçirilib.
Sözügedən dövr ərzində Azərbaycana Polşadan səfər edənlərin sayı 7886 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% artımdır.
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər