01 noyabr 2024 13:58
250

Bakı Dəmiryolu Vağzalında gözləmə zalının ərazisi genişləndirilib

Bakı Dəmiryol Vağzalında turniket, gözləmə zalının ərazisi genişləndirilib.

“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları"nda Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov COP29 tədbirinə hazırlıq çərçivəsində media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.

"Bakı Dəmiryol Vağzalında turniket, gözləmə zalının ərazisi genişləndirilib. Əlavə turniketlər quraşdırılıb.

Beləliklə, turniket sayı 28-dən 36-ya çatdırılıb. Bu, nəticədə sərnişinlərin turniketlərdən keçmə vaxtını azaldacaq", - deyə o bildirib.