BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı gündəlik 5 minədək əlavə sərnişinin dəmir yolları vasitəsilə daşınması mümkün olacaq.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
"Biz maksimal bu sayı nəzərdə tutmuşuq. Gündəlik 27 min sərnişin Bakı Dəmiryolu Vağzalından istifadə edir. COP29 vaxtı ümumilikdə 32 minə yaxın sərnişin bu vağzaldan istifadə edə biləcək", - o vurğulayıb.
A.Fərəcov hesab edir ki, mövcud qatarlar dəmir yolundan istifadə edəcək sərnişin sayına kifayət edir.
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər