İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb.
"İki sahil” Agentliyə istinadən xəbər verir ki, Ağdam Sənaye Parkında istehsal edilən dam örtükləri, divar kağızları, məsaməli hörgü blokları, dəmir və metal qapılar, jalüz, məhəccər və arakəsmələr, metal torlar və s məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, bərpa işlərində istifadə olunur.
Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 1,8 milyon manat dəyərində məhsul satışı həyata keçirilib. İstehsal olunan məhsullar, əsasən Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və s. rayonlarda yeni kəndlərin salınmasında istifadə edilir.
Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda 9 müəssisə fəaliyyətə başlayıb, 370-dən artıq daimi iş yeri yaradılıb.
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər