Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq çərçivəsində “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçirilib.
“İki sahil” xəbər verir ki, təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədlinin təqdimatında xidməti fəaliyyət, qiymətləndirilmə forması, məqsəd və funksiyaları, qiymətləndirilmə dövrü və meyarları, əmək intizamı, qiymətləndirilməyə hazırlıq və həyata keçirilməsi, qiymətləndirmə nəticəsində aparılan tədbirlər və digər vəzifələr barədə məlumat verilib. Qarşılıqlı müzakirə formatında keçirilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə Energetika Nazirliyinin və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 20 əməkdaşı iştirak edib.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib