Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan “İki sahil”ə verilən məlumata görə, azad olunan ərazilərdə oktyabr ayı ərzində 283 tank əleyhinə mina, 764 piyada əleyhinə mina, 11785 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 5657.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib