30 oktyabr 2024-cü il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Mərkəzdə “Musiqinin cəmiyyətdə rolu” mövzusunda elmi-praktiki seminar keçirilib.
“İki sahil” xəbər verir ki, ADMİU-nun “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə, kafedranın baş müəllimi Sara Timurova və kafedranın müəllimi Vəfa Abbasova, “Estrada sənəti” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayeva bir-birindən maraqlı mövzular ətrafında çıxış ediblər.
Ənənəvi musiqi mədəniyyətinin ekologiyasından, müasir musiqi və cəmiyyətin kəsişmə nöqtələrindən, musiqi və cəmiyyət probleminin sinxronik və diaxronik aspektlərindən, Azərbaycan populyar musiqisinin tədrisi problemlərindən danışan ekspertlər həmçinin mövzularla bağlı auditoriyanı maraqlandıran sualları cavablandırıblar.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatoru olduğu seminarda ADMİU-nun tələbələri Sərvər Yılmaz “Dəniz və mən” (musiqisi Ramiz Mirişli, sözləri Fikrət Qoca), Elmira Atapoor “Sən ürəyimsən” (musiqisi Emin Sabitoğlu, sözləri Fikrət Qoca, konsertmeyster Rəcəb Zeynalov) əsərləri, ADMİU-nun müəllimi, tarzən İsmayıl Zülfüqarovun ifasında isə “Şur” muğamı - “Tar boogie” kompozisiyası izləyicilərə təqdim olunub.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari"barədə
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib