01 noyabr 2024 22:13
368

Uzun müddət ayaq üstə qalmağın sağlamlığa təsiri

Uzun müddət ayaq üstə qalmaq sağlamlıq üçün ziyandır.

“İki sahil” xəbər verir ki, son tədqiqatlar göstərir ki, uzun müddət oturmaq kimi ayaqda durmaq da ürək sağlamlığı üçün risk yarada bilər. Bununla bağlı Sidney Universitetinin tədqiqatçıları tərəfindən araşdırma aparılıb.

"International Journal of Epidemiology" jurnalında dərc olunan araşdırma, oturma və ayaq üstə durmağın ürək-damar sağlamlığına təsirlərini analiz edib. Tədqiqatda, Böyük Britaniyanın "Biobank"ından 83 min nəfərin məlumatları təhlil olunub. İştirakçıların gündəlik oturma və ayaq üstə durma müddətləri akselerometr vasitəsilə izlənilib. Həmçinin işemik ürək xəstəlikləri, ürək çatışmazlığı, ortostatik qan dövranı pozğunluqları kimi sağlamlıq problemlərinin yaranma ehtimalları araşdırılıb. Nəticələr göstərib ki, uzun müddət ayaqda durmaq ürək-damar xəstəliklərinin qarşısını almaqda təsirli deyil və hətta bəzi hallarda qan dövranı problemləri riskini artırır.

Sağlamlığınızı qorumaq üçün bir neçə tövsiyə: ayaqlarınızı tez-tez dincəltmək, düzgün oturmaq və hərəkət etmək, rahat, ortopedik dəstəkli ayaqqabı geyinmək, mümkünsə, ayaqları bir az yuxarı qaldıraraq qan dövranını tənzimləmək