Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 milyard 919,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
"İki sahil” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Təkcə oktyabrda isə ARDNF-in valyuta satışının məbləği 174,4 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 13,9 % azdır.
Bu il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməlidir. 10 ay ərzində bunun 10 milyard 650,8 milyon manatı təmin olunmalı idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 587,8 milyon manat az - 10 milyard 63 milyon manat olub.
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər