İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Kartdan-karta" ("Card to card") pul köçürülməsi əməliyyatları ilə bağlı vətəndaşlara müraciət edib.
“İki sahil” xəbər verir ki, müraciətdə bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, “kartdan-karta” köçürmə yolu ilə aparılması həm qanunvericiliyin, həm də istehlakçıların hüquqlarının pozulması deməkdir.
Çünki belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da alıcının öz hüquqlarını tələb etmək, həmçinin, xərclənən məbləğin bir hissəsini “cashback” olaraq geri almaq imkanını məhdudlaşdırır. Eyni zamanda, mal, iş və ya xidmət əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” mexanizmindən istifadə hüququndan məhrum olmasına gətirib çıxarır.
Dövlət Vergi Xidməti bu qanun pozuntusunun vergidənyayınma məqsədi daşıdığını nəzərə çatdırmaqla, vətəndaşları pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişləri “kartdan-karta” köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə, sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün POS-terminal vasitəsilə qəbul etməyə çağırır.
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər