UEFA Avropa Liqasının 5-ci turunun “Beşiktaş” - “Makkabi” (Təl-Əviv) matçı ilə bağlı açıqlama yayıb.
“İki sahil” xəbər verir ki, açıqlamada noyabrın 28-si İstanbulda keçirilməsi nəzərdə tutulan görüşün neytral meydana təyin edilməsinin səbəblərinə toxunulub:
“Türkiyə hökumətinin qərarına əsasən, 28 noyabr 2024-cü ildə “Beşiktaş” ilə “Makkabi” Tel-Əviv arasında UEFA Avropa Liqasının qarşılaşması bitərəf meydanda keçiriləcək. UEFA alternativ bitərəf meydan üçün “Beşiktaş”la danışıqlar aparmaqdadır. Bununla əlaqədar açıqlama veriləcək”.
Qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, matç təhlükəsizlik səbəbindən başqa ölkədə keçiriləcək.