Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat - sürət tablolarında dəyişiklik edilib: "Eyni zamanda bütün məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər