Azərbaycan və Misir arasında dayanıqlı şəhərsalma və infrastruktur sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr 12-ci ÜmumdünyaŞəhərsalmaForumu (WUF12) çərçivəsində Misirin Mənzil, kommunal və şəhər icma işləri naziri Şərif El Şerbini ilə görüş çərçivəsində baş tutub.
"Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik olan WUF12-nin uğurlu təşkili münasibətilə təbriklərimizi çatdıraraq, 2026-cı ildə Bakıda baş tutacaq WUF13-ün hazırlıqlarında Azərbaycanın Misirin təcrübəsindən geniş faydalanacağına əminliyimizi bildirdik", - deyə sədr qeyd edib.
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər