Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A.Rəhimovun kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir