06 noyabr 2024 10:06
66

Hakan Fidan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üçün şərti xatırladıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətlərinin normallaşması üçün şərti xatırladıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə Türkiyə KİV-inə müsahibəsində söyləyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması halında Türkiyə - Ermənistan münasibətləri də normallaşacaq:

“Tərəflər arasında əldə olunmuş razılıqları regiondakı sülh və sabitlik baxımından önəmli hesab edirik. Tərəflər razılığa yaxınlaşır. Bunu görməkdən məmnunuq. Sərhəd məsələsində əldə olunan anlaşma bu irəliləyişin gözəl nümunəsidir”.