İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarır.
"İki sahil" quruma istinadən xəbər verir ki, hərrac dekabrın 19-da, saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər lazımi məlumat almaq, iştirak haqqı və 10 %-lik behi ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A) müraciət edə bilərlər.
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir