Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsipləri ətraf mühitin qorunması, insan sağlamlığı və sosial inkişaf kimi vacib sivil elementləri əhatə etməklə yanaşı, müxtəlif aspektlərdən yerli biznes üçün çox əhəmiyyətlidir.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən, "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.
O qeyd edib ki, sözügedən meyarlara riayət edilməsi müəssisənin rəqabət qabiliyyətini yüksəltməyə, ixrac potensialını artırmağa və xarici investisiyalar cəlb etməyə imkan verir: "Bu baxımdan, ESG prinsipləri ilə bağlı beynəlxalq səviyyədə inkişafdan və proseslərdən geri qalmaq, bir müddət sonra yerli bizneslər üçün qlobal dəyər zəncirinə inteqrasiya və ümumilikdə, iqtisadi inkişaf baxımından əhəmiyyətli risklər yarada bilər. Artıq dövlətin bu sahəyə diqqətini bir qədər də artırmasına ehtiyac yaranıb".
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir