Azərbaycanda yaşıllıq zonası geniş deyil.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, bu səbəbdən yaşıllıq sahələrinin əhatəsinin 13,3 %-ə çatdırılması hədəflənir.
“Bundan əlavə, istifadəyə yararsız torpaqların miqdarı 25 %-dən 15 %-ə endiriləcək. Tullantıların təkrar emalı isə ümumilikdə 20 % (regionlarda isə 10 %) səviyyəsində olacaq”, - deyə H. Hüseynov qeyd edib.