Qırğızıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bərpa olunan enerji mənbələrinin inkişafına dəstək məqsədilə texnologiya və "yaşıl təşəbbüs”lər üzrə regional mərkəz yaratmağı təklif edir.
“İki sahil” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov TDT Sammitində bildirib.
S.Japarov TDT ölkələrinin enerji sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
O, Qırğızıstanın Mərkəzi Asiyanın böyük çaylarının mənbəyində yerləşdiyini, günəş və külək enerjisinin inkişafı üçün potensiala malik olduğunu xatırladıb: Ölkədə 50 kiçik və orta su elektrik stansiyasının tikintisi aparılır”.
Özbəkistan və Qazaxıstanla Kambar-Ata SES-1 layihəsi üzrə artıq əldə edilmiş razılaşmaları qeyd edən S.Japarov, TDT üzrə digər tərəfdaşları bu layihənin həyata keçirilməsinə qoşulmağa dəvət edib.