Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta sektorunda reallaşdırılacaq strateji təşəbbüslər nəzərdən keçirilib.
"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Əliyar Məmmədyarov sektorun rəhbər şəxsləri ilə görüşüb. Görüş zamanı sektorun III rübdə fəaliyyəti və nəticələri müzakirə olunub, həmçinin inkişaf tendensiyaları və çağırışları, potensial imkanları və ortamüddətli perspektivdəki strateji təşəbbüsləri nəzərdən keçirilib.