06 noyabr 2024 17:56
89

ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 416,174 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2.8 dəfə azalma deməkdir.

ARDNF-dən "İki sahil"ə verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.11.2024 tarixinə) 115,409 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azalma deməkdir.

Xatırladaq ki, ötən il ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 308 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır. Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.01.2024 tarixinə) 324,396 mln. ABŞ dolları olub, bu da isə 1,3% azalma deməkdir.